Bank Of Baku

TRT-nin “Qafqazlardan əsən yellər” proqramında yazıçı Elçinlə söhbətin ikinci bölümü yayımlanacaq

TRT-nin “Qafqazlardan əsən yellər” proqramında yazıçı Elçinlə söhbətin ikinci bölümü yayımlanacaq
# 24 may 2007 14:42 (UTC +04:00)
TRT-də yayımlanan “Qafqazlardan əsən yellər” proqramının növbəti hissəsində yazıçı Elçinlə söhbətin ikinci bölümü yayımlanacaq. TRT-nin Bakı təmsilçiliyindən APA-ya verilən məlumata görə, proqramda yazıçının ədəbi görüşləri və düşüncələrindən danışılacaq, Türkiyə və dünyanın bir çox yerində yaşayan tamaşaçılar tanınmış yazarın bir sıra mövzulardakı fikirləri ilə tanış olmaq imkanı əldə edəcəklər. Bununla yanaşı, proqramda yazıçının vəzifəsinin onun ədəbiyyat fəaliyyətinə təsiri, Türkiyə-Azərbaycan əlaqələri mövzusundakı düşüncələri də yer alacaq. Keçən həftə yayımlanan proqramın birinci hissəsində Elçinin ədəbiyyat sahələri, yazıçılıq fəlsəfəsi kimi mövzularda görüşləri yer alıb. Qeyd edək ki, proqram mayın 25-də saat Bakı vaxtı ilə 08:00 və 01:30-da TRT-İNT, 17:30-da TRT-TÜRK kanalında efirə çıxacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR