Bank Of Baku

Sabir Poeziya Günləri Şamaxı və Sabirabadda keçiriləcək

Sabir Poeziya Günləri Şamaxı və Sabirabadda keçiriləcək
# 24 may 2007 14:46 (UTC +04:00)
Ənənəvi Mirzə Ələkbər Sabir Poeziya Günləri bu il Şamaxı və Sabirabadda keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin sədri Ədalət Əsgəroğlu məlumat verib. Onun sözlərinə görə, Sabir Poeziya Günlərinin keçirilməsi ilə bağlı komissiyaya bu günlərdə yeni sədr və müavin seçilib. Komissiyanın sədri seçilən şair Fikrət Sadıqın rəhbərliyi etdiyi təşkilat komitəsi Poeziya Günlərinin proqramını hazırlayıb. Proqrama əsasən mayın 30-da AYB üzvlərinin bir qrupu Şamaxıya, digər qrupu isə şairin adını daşıyan Sabirabada yola düşəcək. Mayın 31-də isə poeziya məclisi paytaxtda M. Ə. Sabirin adını daşıyan bağda davam edəcək. Sonra iştirakçılar Sabirin Balaxanı kəndindəki abidəsini ziyarətə yollanacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR