Bank Of Baku

Azərbaycanlı yazıçının əsəri Rusiya bestsellerinə çevrilə bilər

Azərbaycanlı yazıçının əsəri Rusiya bestsellerinə çevrilə bilər
# 29 may 2007 08:31 (UTC +04:00)
Mənşəcə azərbaycanlı yazıçının əsəri Rusiya bestsellerinə çevrilə bilər. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, Rusiya yazıçısı Eduard Bağırovun “Populyarnaya literatura” nəşriyyatında çapdan çıxacaq “Qastarbayter” romanı, tənqidçilərin fikrincə, ilin ən səs-küylü və əsas kitabına çevriləcək. İyunun 12-də satışa çıxarılması nəzərdə tutulan kitabdan parçalar artıq oxucuların ixtiyarına verilib. Kitabın qəhrəmanı 20 yaşlı Jenya Əliyevin anası 70-ci illərdə Volqa boyundan Türkmənistana köçmüş rus qadın, atası isə bu ölkədə yaşayan azərbaycanlıdır. Real hadisələrə əsaslanan kitabda Türkmənistandan Moskvaya gəlmiş bu gənc qastarbayterin başına gələn macəralardan bəhs edilir. Lakin qəhrəman fiziki baxımdan azərbaycanlıya oxşamasa belə, anadan olduğu yer və daşıdığı soyad ucbatından Rusiyada “qara”, Asiyada isə “rus” kimi təqiblərə məruz qalır. Artıq 300-dən çox oxucu kitabın potensial alıcısı olduqlarını bəyan ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR