Bank Of Baku

Fikrət Qoca: “Vaqif Nəsibin Rəsul Rza mükafatından imtina etməsi bizi çox sevindirdi”

Fikrət Qoca: “Vaqif Nəsibin Rəsul Rza mükafatından imtina etməsi bizi çox sevindirdi”
# 29 may 2007 11:54 (UTC +04:00)
“Rəsul Rza mənim xeyirxahım olub. Öncə onun ruhundan üzr istəyib, sonra bu mükafatdan imtina etmişəm”. Bu açıqlamanı APA-ya yazıçı Vaqif Nəsib verib. Onun sözlərinə görə, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Rəsul Rza mükafatına 5-6 il bundan öncə şeir yaradıcılığına görə layiq görülüb. V. Nəsib indi bu mükafatçıların sırasında təsadüfi adamların olduğunu bildirib: “Bu mükafatı Ramiq Muxtara, Elmira Axundovaya, Elza Kərimovaya, bu dəfə də Hüseynbala Mirələmova veriblər. Hüseynbala Mirələmovun ədəbiyyata nə dəxli var axı? Rəsul Rza ədəbi mükafatının ləyaqətsiz, istedadsız adamlara verilməsinə etiraz əlaməti olaraq, vaxtilə layiq görüldüyüm bu mükafatdan imtina etmişəm”. AYB-nin Rəsul Rza adına Ədəbiyyat Fondunun sədri Fikrət Qoca APA-ya bildirib ki, Vaqif Nəsib bu mükafatı bir neçə il əvvəl alıb: “Vaqif Nəsibin Rəsul Rza mükafatından imtina etməsi bizi çox sevindirdi. O, bu mükafatı illər öncə alıb. Onda Vaqif bu mükafata layiq idi. Yəqin indi özünü bu mükafata layiq bilmir, ona görə də imtina edib”. Fikrət Qoca Vaqif Nəsibin Rəsul Rza mükafatının ədəbiyyata aidiyyəti olmayan adamlara verilməsi ittihamına da münasibət bildirib: “Bu, şəxsi mükafat deyil. Qaliblər idarə heyətinin üzvlərinin səsverməsi ilə seçilib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR