Bank Of Baku

Yazıçılar Birliyində mərhum tədqiqatçı Azər Mehdioğlunun xatirəsi anılıb

Yazıçılar Birliyində mərhum tədqiqatçı Azər Mehdioğlunun xatirəsi anılıb
# 30 may 2007 16:03 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) mərhum tədqiqatçı Azər Mehdioğlunun xatirəsi anılıb. APA-nın məlumatına görə, tədbirdə həm də araşdırıcının ölümündən sonra işıq üzü görən “İbn Xəldun və başqaları” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə AYB-nin katibi Arif Əmrahoğlu açıb. Məmməd Adilov, Paşa Əlioğlu, Camal Mustafayev, Füzuli Qurbanlı, Eyvaz Əlləzoğlu çıxış edərək, monoqrafiyanın Şərq fəlsəfə tarixinə dair qiymətli mənbə olduğunu bildiriblər. Qeyd edək ki, Şərq fəlsəfə tarixi ilə bağlı bir sıra tədqiqləri ilə tanınan, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Azər Mehdioğlu qəflətən, dissertasiya müdafiəsinə 10 gün qalmış dünyasını dəyişib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR