Bank Of Baku

“Kardeş kalemler”in V sayı işıq üzü görüb

“Kardeş kalemler”in V sayı işıq üzü görüb
# 31 may 2007 14:02 (UTC +04:00)
Türkiyə Avrasiya Yazarlar Birliyinin orqanı olan “Kardeş kalemler” ədəbiyyat dərgisinin V sayı işıq üzü görüb. APA-nın məlumatına görə, dərginin bu sayı Azərbaycan şairi Almas İldırımın 100 illiyinə həsr olunub. Əli Akbaşın baş redaktorluğu ilə çapdan çıxan ədəbiyyat dərgisinin bu sayında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq yazıçısı Anar, Vaqif Bəhmənli, Əli Akbaş və başqalarının Almas İldırıma həsr etdikləri məqalələr yer alıb. Azərbaycan ədəbiyyat nümunələrinə həmişə yer ayıran dərgi bu dəfə oxucularına Ramiz Əsgər və Qulu Ağsəsin şeirlərini təqdim edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR