Bank Of Baku

Mahmud Kaşğari Fondu Türkiyənin sabiq prezidenti Süleyman Dəmirələ plaket hədiyyə edib

Mahmud Kaşğari Fondu Türkiyənin sabiq prezidenti Süleyman Dəmirələ plaket hədiyyə edib
# 01 iyun 2007 11:02 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Mahmud Kaşğari Fondu Türkiyənin sabiq prezidenti Süleyman Dəmirələ plaket hədiyyə edib. Bu barədə APA-ya AYB-nin Mahmud Kaşğari Fondundan məlumat verilib. Fəxri hədiyyəni Süleyman Dəmirələ Türk Dil Qurumunun sədri Şükrü Akalın təqdim edib. Türkiyənin sabiq prezidenti bu mükafata Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk” kitabının Azərbaycan dilindəki nəşrinə yardımçı olduğuna görə layiq görülüb. Qeyd edək ki, AMEA-nın müxbir üzvü Kamal Abdullanın elmi redaktorluğu ilə divanın rus dilinə tərcüməsi artıq başa çatıb. S. Dəmirəl divanın rus dilindəki nəşrinə də yardım göstərməyə hazır olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR