Bank Of Baku

Türkmən ədəbiyyatının klassiki Məhtimqulunun şeirləri ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edilib

Türkmən ədəbiyyatının klassiki Məhtimqulunun şeirləri ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edilib
# 04 iyun 2007 07:50 (UTC +04:00)
Türkmənistanın milli şairinin kitabı Azərbaycan dilinə tərcümə olunub. APA-nın Mərkəzi Asiya bürosunun verdiyi xəbərə görə, Türkmənistanın Milli Əlyazmalar İnstitutu türkmən ədəbiyyatının klassiki Məhtimqulunun şeirlərindən ibarət kitabı ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edib. Kitabla birlikdə “Məhtimqulunun yaradıcılıq dünyası” adlı araşdırma da çardan çıxıb. Məhtimqulunun şerlərinin Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimində çıxış edən Azərbaycanın Türkmənistandakı səfiri Elxan Hüseynov bu hadisənin böyük əhəmiyyət daşıdığını vurğulayaraq, Məhtimqulunun ədəbi mirasının yalnız yaxın elmi əlaqələrin qurulmasına deyil, eyni zamanda eyni tarix, mədəni irs və mənşəyə malik iki ölkənin daha da yaxınlaşmasına gətirib çıxaracağını bəyan edib. Məhtimqulunun şeirləri Azərbaycan dilinə Bakı Dövlət Universitetinin müəllimi Firuz Əhmədov tərəfindən tərcümə edilib. Hər iki əsərin bir nüsxəsi Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedova təqdim edilib, eləcə də Türkmənistan kitabxanalarına paylanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR