Bank Of Baku

Nizami Gəncəvinin türk dilində tapılan divanı İranda nəşr olunub

Nizami Gəncəvinin türk dilində tapılan divanı İranda nəşr olunub
# 08 iyun 2007 10:42 (UTC +04:00)
Hazırda N. Gəncəvinin türk dilində tapılan divanının tədqiqi ilə məşğul olan S. Eloğlu divanın hələ 40 il öncə İran tədqiqatçısı, milliyyətcə azərbaycanlı olan Səid Nəfisi tərəfindən Misirin Xədiviyyə kitabxanasında aşkarlandığını, amma alimin hansısa səbəblərdən bu kitabı üzə çıxarıb tədqiq edə bilmədiyini deyib. İki il öncə isə Misirdə yaşayan marağalı şairə Fəxri Vahizədən divanı aşkarlayıb və bir nüsxəsini Sədiyar Eloğluya göndərib. Son iki ilini əsərin tədqiqinə həsr edən alim bəzi tədqiqatçıların əsərlərin Nizami Gəncəviyə məxsus olmaması ilə bağlı iddialarının da təsdiqini tapmadığını söyləyib: “Çünki əsərlərdə qeyd olunan tarixi məqamlar və şəxsiyyətlər Nizami Gəncəvinin dövründə yaşayıb. Bu, Nizami Gəncəvinin dəsti-xəttidir”. O, divanda 213 beytin N. Gəncəviyə aid olduğunun tam təsdiqləndiyini də söyləyib. S. Eloğlu bu şerləri artıq İranda nəşr etdirib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR