Bank Of Baku

Əli bəy Hüseynzadənin arxivi onun qızı tərəfindən Egey Universitetinin ədəbiyyat fakültəsinə bağışlanıb

Əli bəy Hüseynzadənin arxivi onun qızı tərəfindən Egey Universitetinin ədəbiyyat fakültəsinə bağışlanıb
# 08 iyun 2007 16:00 (UTC +04:00)
Əli bəy Hüseynzadəyə aid olan əlyazmalar, fotolar, məktublar, müxtəlif qəzet, jurnal və kitablardan ibarət arxiv böyük mütəfəkkirin qızı Feyzavər Alpsar tərəfindən Egey Universitetinin ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı bölümünə bağışlanıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, universitetin professoru Yavuz Akpınar Əli bəy Hüseynzadənin əlyazmaları (şeirlər, tərcümələr, elmi əsərlər) içində ən diqqət çəkən sənədlərin mərhumun 1900-cü ildən yazdığı gündəliklər olduğunu bildirib. Onun sözlərinə görə, Egey Universitetinin ədəbiyyat fakültəsinin arxivində bəzi digər azərbaycanlı yazarların da əlyazmaları və əsərləri saxlanılır. Y. Akpınar Əli bəy Hüseynzadənin arxivinin xüsusi otaqda qorunacağını və internet vasitəsilə oxucuların ixtiyarına veriləcəyini açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR