Bank Of Baku

Urmiyada Məhəmməd Füzulinin yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

Urmiyada Məhəmməd Füzulinin yaradıcılığına  həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək
# 12 iyun 2007 09:40 (UTC +04:00)
İyunun 13-14-də Urmiyada Məhəmməd Füzulinin yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi katibi Zəfər Abdullayev məlumat verib. Məlumata görə, Urmiyada keçiriləcək elmi konfransda AMEA-nın Şərqşünaslıq İnstitutunun alimləri Şahin Mustafayev, Şəfəq Əlibəyli və Səadət Şıxıyeva iştirak edəcəklər. Onların məruzəsində Füzuli dövrünün və fars divanının, eləcə də Füzuli və Nəsiminin söz sənətinin müqayisəli təhlili öz əksini tapacaq. Urmiya Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi konfransda dünyanın bir çox ölkələrinin alimləri iştirak edəcəklər. AMEA bu konfransda 17 alimi ilə təmsil olunacaq./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR