Bank Of Baku

Hollandiyada 38-ci Beynəlxalq Poeziya Festivalı keçirilir

Hollandiyada 38-ci Beynəlxalq Poeziya Festivalı keçirilir
# 18 iyun 2007 08:44 (UTC +04:00)
İyunun 16-da Hollandiyanın Rotterdam şəhərində 38-ci Beynəlxalq Poeziya Festivalı başlayıb. Azərbaycan Yazıçılar Birliyindən (AYB) APA-ya verilən məlumata görə, festivalda 23 ölkənin şairləri iştirak edəcəklər. ABŞ, Fransa, Rusiya, Yaponiya, Gürcüstan və başqa iştirakçı ölkələrin sırasına bu il ilk dəfə olaraq Azərbaycan da qoşulub. Festivalda Azərbaycanı Qəşəm Nəcəfzadə təmsil edir. Dünya ədəbiyyatının daha sıx inteqrasiyası məqsədilə təşkil olunan festivalda müxtəlif bölümlər üzrə seminarlar keçiriləcək. Qeyd edək ki, iştirakçı ölkəni və nümayəndəni təşkilatçılar müəyyənləşdirir. Festival iyunun 23-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR