Bank Of Baku

Folklor İnstitutu Türkiyədə hər il keçirilən Trabzon Folklor Festivalına hazırlaşır

Folklor İnstitutu Türkiyədə hər il keçirilən Trabzon Folklor Festivalına hazırlaşır
# 18 iyun 2007 12:16 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu Türkiyədə hər il keçirilən Trabzon Folklor Festivalına hazırlaşır. Bu barədə APA-ya AMEA Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov məlumat verib. Onun dediyinə görə, festivalın açılışı iyulun 12-də olacaq. Dünyanın 30-dan çox ölkəsinin qatıldığı bu festival 5 gün davam edəcək. Folklor İnstitutu festivalda 30 nəfərlik nümayəndə heyəti ilə iştirak etməyə hazırlaşır. Nümayəndə heyətinə “İrs” folklor ansamblının kollektivi və 10 folklorçu alim daxildir. Kollektiv Azərbaycanın milli rəqsləri, oyunları və xalq mahnılarından ibarət xüsusi proqram hazırlayıb. Folklorçu alimlər festival çərçivəsində keçiriləcək elmi simpoziumlarda Azərbaycan şifahi xalq ədəbiyyatı tarixindən, folklorun ayrı-ayrı növlərindən bəhs edən məruzələrlə çıxış edəcəklər. Qeyd edək ki, Folklor İnstitutu 2005-ci ildə festivalın xüsusi diplomuna layiq görülüb. Onu da xatırladaq ki, festival Türk Folklor Araşdırmaları Qurumunun təşkilatçılığı ilə baş tutacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR