Bank Of Baku

Şəmistan Nəzirlinin “Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov” adlı kitabı çapa hazırlanır

Şəmistan Nəzirlinin “Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov” adlı kitabı çapa hazırlanır
# 19 iyun 2007 09:51 (UTC +04:00)
Bu günlərdə hərbi jurnalist, tarixçi Şəmistan Nəzirlinin “Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov” adlı kitabı işıq üzü görəcək. Bu barədə APA-ya məlumat verən müəllifin sözlərinə görə, kitabın hazırlanmasında I Dünya Müharibəsi dövrünə dair Çar Rusiyasının arxiv materiallarından istifadə olunub: “Fərrux ağa Qaylbov Azərbaycanın ilk hərbi təyyarəçisidir. O, indiki Belarus ərazisində gedən döyüşlərdə həlak olub. Bu yaxınlarda onun qəbri tapıldı və mayın 18-də qəbriüstü abidəsi ucaldıldı. Bununla bağlı keçirilən tədbirə dəvət olunsaq da, maliyyə problemlərinə görə, Müdafiə Nazirliyindən heç kim tədbirə qatılmadı”. Ş. Nəzirli həmçinin “Azərbaycanda hərbi üsyanlar 1803-1930-cu illər” və “Azərbaycanın ilk hərbi şəfqət bacısı” adlı kitabının da çapa hazır olduğunu bildirib: “Bu kitab general Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Qayıbova Şıxlinskayaya həsr olunub. Sadəcə olaraq maliyyə vəsaitinin çatışmazlığı səbəbindən kitab hələ nəşr olunmayıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR