Bank Of Baku

Gəncədə Nigar Rəfibəylinin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

Gəncədə Nigar Rəfibəylinin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
# 25 iyun 2007 10:35 (UTC +04:00)
Gəncədə Nigar Rəfibəylinin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbir Xanbağı istirahət parkında N. Rəfibəylinin abidəsi önündə təşkil edilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar bölməsinin sədri Məmməd Alim N. Rəfibəylinin həyat və yaradıcılığına nəzər salıb. Tədbirdə iştirak edən Gəncənin yaradıcı ziyalılarından Nadir Ovçu, Mikayıl Yanar, Aləmzər Əlizadə və digərləri şairənin əsərlərindən və öz yazdıqlarından parçalar səsləndirərək N. Rəfibəyli ruhuna hörmət və ehtiramlarını bildiriblər. Tədbirdə musiqiçilər N. Rəfibəylinin dillər əzbəri olan “Ala gözlüm”, “Dağları duman alanda” kimi şerlərindən bəstələnmiş parçalar səsləndiriblər. Tədbir Gəncə Dövlət Dram Teatrının, eləcə də Nizami Poeziya Teatrı aktyorlarının səsləndirdiyi şerlərlə başa çatıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR