Bank Of Baku

Yazıçılar Birliyində Hollandiyada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının yekunlarına həsr olunmuş tədbir keçirilib

Yazıçılar Birliyində Hollandiyada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının yekunlarına həsr olunmuş tədbir keçirilib
# 29 iyun 2007 14:35 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyində Hollandiyada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının yekunlarına həsr olunmuş tədbir keçirilib. APA-nın xəbərinə görə, 6 gün davam edən poeziya bayramında dünyanın bir çox ölkələrindən nümayəndələr qatılıb. Nümayəndələr iki ay öncə təşkilatçılara ingilis dilində göndərilən şeirlər əsasında seçilib. 23 ölkə sırasında Azərbaycan poeziyasını bu festivalda şair Qəşəm Nəcəfzadə təmsil edib. Festivalın əsas məqsədi dünya şairlərini bir-birinə tanıtmaq olub. Qəşəm Nəcəfzadənin festival tərəfindən ingilis, holland dillərində kiçik həcmli kitabçaları və 23 şairin birgə almanaxı çap olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR