Bank Of Baku

Kərküklü şair Abdulvahid Kuzəçi 82 yaşında vəfat edib

Kərküklü şair Abdulvahid Kuzəçi 82 yaşında vəfat edib
# 02 iyul 2007 12:03 (UTC +04:00)
İraq türkmənlərinin, Türkiyə və türk dünyasının tanınmış şairi, kərküklü Abdulvahid Kuzəçi 82 yaşında vəfat edib. Bu barədə APA-ya Kərkük sənətçisi Seyfəddin Çaxmaçı məlumat verib. Məlumata görə, A. Kuzəçi son dəfə tamaşaçılarla 2007-ci il mayın 7-də görüşüb. Şair türk dünyasında dildən-dilə gəzən hoyratıları ilə məşhurlaşıb. Onun sözlərinə yazılmış mahnılar Türkiyənin məşhur sənətçilərinin albomunda yer alıb. Azərbaycan ədəbi mühitində yaxşı tanınan Abdulvahid Kuzəçi bu ilin mart ayında Bakıda keçirilən Türk və Azərbaycan Diaspor Təşkilatlarının I forumunda iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR