Bank Of Baku

Şair Almas İldırımın 100 illiyinə həsr olunmuş yubiley tədbirləri keçiriləcək

Şair Almas İldırımın 100 illiyinə həsr olunmuş yubiley tədbirləri keçiriləcək
# 02 iyul 2007 15:28 (UTC +04:00)
Şair Almas İldırımın 100 illiyinə həsr olunmuş yubiley tədbirləri dövlət səviyyəsində keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbirlər Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutacaq. Şairin xatirəsinə həsr olunmuş müxtəlif ədəbi-bədii tədbirlərlə yanaşı, bədii qiraət və inşa müsabiqələri keçiriləcək. Yubiley kitabı və akademik Bəkir Nəbiyevin Almas İldırımın yaradıcılığına həsr etdiyi monoqrafiya nəşr olunacaq. Almas İldırımın Türkiyədə və Azərbaycanda işıq üzü görən kitablarının böyük sərgisinin keçirilməsi də nəzərdə tutulub. Payızda başlayan şairin yubiley tədbirlərində Türkiyədən dəvət olunmuş elm və mədəniyyət, ədəbiyyat xadimləri iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR