Bank Of Baku

Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş yubiley tədbirləri keçiriləcək

Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş yubiley tədbirləri keçiriləcək
# 03 iyul 2007 09:34 (UTC +04:00)
Görkəmli Azərbaycan şairi Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş yubiley tədbirləri keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumata görə, şairin xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbirlərlə yanaşı, II Respublika Bədii Qiraət Müsabiqəsinin keçirilməsi, bəstəkar Rəhilə Həsənovanın “Cavidi-dəstgah” musiqi əsərinin ifası, “Bizim Cavid” kitabının nəşri, ikiseriyalı “Cavid ömrü” filminin nümayişi nəzərdə tutulub. Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş elmi konfransların keçirilməsi və şairin şeirlərinin Avropa dillərinə tərcüməsi də planlaşdırılıb. Naxçıvanda qeyd olunacaq H. Cavidin yubiley mərasiminə isə bir sıra tədbirlərlə bərabər, şairin virtual ekspozisiyasının yaradılması, eləcə də Cavid Poeziya Gününün keçirilməsi daxil edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR