Bank Of Baku

Mikayıl Müşfiqin 100 illiyinin qeyd olunması ilə bağlı tədbirlər planı hazırlanıb

Mikayıl Müşfiqin 100 illiyinin qeyd olunması ilə bağlı tədbirlər planı hazırlanıb
# 03 iyul 2007 10:23 (UTC +04:00)
Şair Mikayıl Müşfiqin 100 illiyinin qeyd olunması ilə bağlı tədbirlər planı hazırlanıb. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, yubiley mərasimində şairin xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbirlərin, elmi konfrans və şeir müsabiqələrinin, Gəncədə, Şəkidə, Xızıda Müşfiq günlərinin keçirilməsi, M. Müşfiqin işıq üzü görən kitablarının sərgisi nəzərdə tutulub. Şairin Xızıdakı ev-muzeyinin təmiri, yaradıcılığına həsr olunmuş sənədli filmin çəkilməsi, kitabın işıq üzü görməsi və Respublika Bədii Qiraət Müsabiqəsinin təşkili də planlaşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR