Bank Of Baku

Moskvada Əli İldırımoğlunun “Aqibət” kitabının təqdimat mərasimi keçirilib

Moskvada Əli İldırımoğlunun “Aqibət” kitabının təqdimat mərasimi keçirilib
# 06 iyul 2007 09:47 (UTC +04:00)
Moskvanın nüfuzlu N.A. Nekrasov adına mərkəzi kütləvi şəhər kitabxanasında yazıçısı Əli İldırımoğlunun “Aqibət” (“Vozdayanie”) kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin təşəbbüsü ilə keçirilən tədbirdə Rusiya paytaxtında yaşayan azərbaycanlı ziyalılarla yanaşı dünya ədəbiyyatını və mədəniyyətini təmsil edən şəxslər də iştirak edib. Tədbiri giriş sözü ilə açan AYB-nin Moskva bölməsinin sədri Tofiq Məlikli yazıçı Əli İldırımoğlunun yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. AYBnin təmsilçisi kimi tədbirdə iştirak edən yazıçı Yaşar ilk öncə Moskvanın belə bir nüfuzlu kitabxanasında, bu görüşü təşkil edənlərə dərin minnətdarlığını bildirib və Əli İldırımoğlu yaradıcılığı barədə təəssüratını bölüşüb. Daha sonra AYB-nin Moskva bölməsinin katibi, şair Nəsib Nəbioğlu, yazıçı Əbdül Hüseynov, Rusiya Jurnalistlər İttifaqının üzvü Cəfər Sadıq, islamşünas alim Qasım Kərimov, şair Sultan Mərzili, rəssam Əsgər Məmmədov və başqaları Əli İldırımoğlu yaradıcılığı haqqında maraqlı fikirlər söyləyiblər. Moskvada fəaliyyət göstərən 157 saylı Azərbaycan təmayüllü məktəbin direktoru Aidə Quliyevanın çıxışı daha maraqlı olub. Aidə xanım payız aylarında yazıçının 80 illiyi ərəfəsində belə bir görüşün rəhbəri olduğu məktəbdə keçirilməsi təklifi ilə çıxış edib. Tədbiri yekunlaşdıran Nekrasov adına kitabxananın rəhbəri Raisa Samsonova bu tədbiri Azərbaycan və Rusiya ədəbiyyatı arasında qırılmaz bir körpü kimi dəyərləndirib. O, Əli İldırımoğlunun son romanının nüsxələrini təkcə Moskvanın deyil, Rusiyanın digər nüfuzlu kitabxanalarına göndərmək vəzifəsini də öz üzərinə götürüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR