Bank Of Baku

Əlyazmalar İnstitutuna XVII əsr ana dilli poeziyamıza aid yeni material gətirilib

Əlyazmalar İnstitutuna XVII əsr ana dilli poeziyamıza aid yeni material gətirilib
# 09 iyul 2007 09:45 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əlyazmalar İnstitutuna XVII əsr ana dilli poeziyamıza aid yeni material gətirilib. Bu barədə APA-ya AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu məlumat verib. Məlumata görə, Almaniyada yaşayan həmvətənimiz, tədqiqatçı Məhəmmədəli Hüseyni görkəmli dövlət xadimi Mirzə Məhəmməd Vəhid Qəzvininin Berlin Dövlət Kitabxanasında saxlanan külliyyatının 30 vərəqini Əlyazmalar İnstitutuna göndərib. Vəhid Qəzvini II Şah Abbasın dövründə (1642-1666) rəsmi saray salnaməçisi olub. Şah Abbasın tapşırığı ilə məşhur “Abbasnamə”ni qələmə alıb. Şah Süleymanın dövründə sədrəzəm olan V. Qəzvininin ədəbi irsinə 100 min beytlik şeirləri, “Abbasnamə”si və məktublar toplusu daxildir. Onun Berlin Dövlət Kitabxanasında qorunan farsca 487 vərəqdən ibarət külliyyatının 30 vərəqi, başqa sözlə 1842 beyti Azərbaycan dilindədir. Anadilli poeziyamıza aid olan bu qiymətli material ilk dəfə Azərbaycana gətirilib və tədqiqata cəlb olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR