Bank Of Baku

İldə bir dəfə “Poeziya günü” adlı toplu nəşr olunacaq

İldə bir dəfə “Poeziya günü” adlı toplu nəşr olunacaq
# 17 iyul 2007 12:15 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi ildə bir dəfə “Poeziya günü” adlı toplu nəşr etdirəcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. Çağdaş Azərbaycan poeziyasının inkişafı və yaradıcı adamlarla əlaqələrin yaradılması məqsədilə nəşrə başlayan bu toplu hər il 3 Mart - Beynəlxalq Poeziya Günü və Novruz bayramı ərəfəsində işıq üzü görəcək. Toplunun baş redaktoru xalq şairi Fikrət Qoca, məsul katibi Maarif Soltandır. Yüksək poliqrafiya və nəfis tərtibatı ilə seçiləcək toplu 1000 tirajla yayılacaq. “Poeziya günü”nün ilk sayı 2008-ci ildə çap olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR