Bank Of Baku

Tiflisdə nəşr edilən “Qarapapaqlar” jurnalının 5-ci sayı işıq üzü görüb

Tiflisdə nəşr edilən “Qarapapaqlar” jurnalının 5-ci sayı işıq üzü görüb
# 20 iyul 2007 12:37 (UTC +04:00)
Tiflisdə nəşr edilən “Qarapapaqlar” jurnalının 5-ci sayı işıq üzü görüb. APA-nın məlumatına görə, dərginin nəşri bir müddət dayansa da, Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənovun təşəbbüsü ilə yenidən çap olunmağa başlayıb. Dərginin bu günlərdə veb-saytı açıldığından, hər ay dərc olunan jurnal oxuculara elektron variantda /www.qarapapaqlar.borchali.net/ da təqdim olunacaq. Öncə müstəqil fəaliyyət göstərən dərgi indi Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin aylıq mətbu orqanı kimi rəsmi qeydiyyatdan keçib. Redaksiya heyətinin səyi ilə işıq üzü görən jurnalın məqsədi Gürcüstan-Azərbaycan dövlətlərarası ədəbi mədəni və elmi əlaqələrini daha da inkişaf etdirilib möhkəmləndirilməsinə xidmət etməkdir. Jurnalın bu sayında Borçalıda yaşayıb-yaradan ziyalıların yazıları ilə yanaşı, Türkiyədən C. Alyılmazın, Bakıda yaşayan ziyalılar - Ş. Şamıoğlu, K. Məmmədov, N. Əbdülrəhmanlı və başqalarının dərgidə Borçalının tarixinə, folkloruna, ədəbiyyatına aid məqalələri də yer alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR