Bank Of Baku

Bakıda keçiriləcək V Uluslararası Folklor Simpoziumunda çıxış üçün 25 ölkədən 200-dən çox elmi məruzə göndərilib

Bakıda keçiriləcək V Uluslararası Folklor Simpoziumunda çıxış üçün 25 ölkədən 200-dən çox elmi məruzə göndərilib
# 23 iyul 2007 12:09 (UTC +04:00)
Bu ilin oktyabr ayında Bakıda keçiriləcək V Uluslararası Folklor Simpoziumunda çıxış üçün 25 ölkədən 200-dən çox elmi məruzə göndərilib. Bu gün dəyərləndirmə komissiyası bu məruzələri nəzərdən keçirəcək və çıxış üçün 100-dən çox məruzə seçiləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov məlumat verib. Onun sözlərinə görə, qəbul edilən 100-dən artıq məruzə tədbirdən öncə ayrıca kitab şəklində çap olunacaq və simpozium iştirakçılarına paylanacaq. Dörd gün davam edəcək simpoziumun işində türkdilli dövlətlərlə yanaşı, Rusiya, Ukrayna, Almaniya, Yaponiya və başqa ölkələrdən də alimlər iştirak edəcək. Türk dünyası üçün aktual olan bütün məqamlar, eləcə də türk tarixi ilə bağlı elmi məsələlər simpoziumda müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR