Bank Of Baku

Yazıçı Natiq Rəsulzadə “Xordan olan adam” kinossenarisini Mədəniyyət və Turizm Nazirliyinə təqdim edəcək

Yazıçı Natiq Rəsulzadə “Xordan olan adam” kinossenarisini Mədəniyyət və Turizm Nazirliyinə təqdim edəcək
# 24 iyul 2007 13:25 (UTC +04:00)
Yazıçı-dramaturq Natiq Rəsulzadə “Xordan olan adam” adlı kinossenarisini tamamlayıb. Müəllifin APA-ya verdiyi məlumata görə, hazır ssenarini bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinə təqdim edəcək. Tragikomediyanın qəhrəmanı olan xor ifaçısı həyat tərzini dəyişərək, biznes fəaliyyətinə başlayır və onun biznesmenliyi faciə ilə nəticələnir. Dramaturqun yenicə bitirdiyi pyesinin qəhrəmanı isə işgüzar və bacarıqlı olan qadın biznesmendir. Bu pyesini Səməd Vurğun adına Rus Dram Teatrına təqdim etməyi nəzərdə tutan N. Rəsulzadə çoxdan qələmə aldığı romanını bitirmək üzrədir. Detektiv janrda yazılan romanın qəhrəmanı killerdir. Əsərdə Azərbaycan ədəbiyyatı üçün yeni mövzu olan killer həyatının faciəvi tərəfləri əks olunub. Qeyd edək ki, N. Rəsulzadənin 30-dan çox kitabı işıq üzü görüb. Rus dilində yazan müəllifin kitabları əsasən Rusiya və Avropa ölkələrində çap edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR