Bank Of Baku

Ümumdünya Əqli Mülkiyyət Təşkilatında arbitraj qrupu yaradılıb

Ümumdünya Əqli Mülkiyyət Təşkilatında arbitraj qrupu yaradılıb
# 25 iyul 2007 15:17 (UTC +04:00)
Xalqlar arasındakı mübahisəli məsələləri araşdırmaq məqsədi ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında arbitraj qrupu yaradılıb. Bu barədə APA-ya Azərbaycan Müəllif Hüquqları Agentliyindən məlumat verilib. Azərbaycanın Cenevrədəki səfirliyindən bildirilib ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı münaqişələri araşdıran ekspert qrupunun yaradılması haqqında qərar qəbul edib. Bu qrup mütəxəssislərin iştirakı ilə milli, mədəni dəyərlərin mənimsənilməsi ilə bağlı ölkələr və xalqlar arasındakı mübahisəli məsələləri araşdıracaq. Qeyd edək ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 200-ə yaxın üzvü var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR