Bank Of Baku

Azərbaycanda ilk dəfə Mövlanə Cəlaləddin Rumi günləri keçiriləcək

Azərbaycanda ilk dəfə Mövlanə Cəlaləddin Rumi günləri keçiriləcək
# 26 iyul 2007 11:18 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq oktyabrın 20-27-də Mövlanə Cəlaləddin Rumi günləri keçiriləcək. Bu barədə APA-ya layihənin təşkilatçısı və “Azərbaycanda Rumi” adlı tədbirlər proqramının baş rejissoru Tofiq İsmayılov məlumat verib. Tədbirlər UNESCO-nun elan etdiyi “Mövlanə Cəlaləddin Rumi ili” çərçivəsində Konya bələdiyyəsinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və Jurnalistlər Birliyinin dəstəyi ilə baş tutacaq. Türkiyə, digər türkdilli dövlətlər və İrandan gələn qonaqların iştirakı ilə tədbirin açılışı oktyabrın 22-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Açılış günü səhnədə Konyadan gələn 26 səmazənin (təsəvvüf musiqisi ilə rəqs edənlər) çıxışı olacaq. Rumi günlərində ayrı-ayrılıqda fotosərgi, xəttatlıq nümunələri, heykəl və rəsm sərgiləri nümayiş etdiriləcək, iranlı xoreoqraflar və türkiyəli neyçalanların konserti keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda Cəlaləddin Ruminin xatirəsinə həsr olunmuş elmi simpozium və Nizami adına Ədəbiyyat Muzeyində “Şəms Təbrizi və Mövlanə Rumi” mövzusunda konfrans keçirilməsi də nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR