Bank Of Baku

Əli Kərimin “Üç dost” pyesi ilk dəfə nəşr olunacaq

Əli Kərimin “Üç dost” pyesi ilk dəfə nəşr olunacaq
# 27 iyul 2007 09:39 (UTC +04:00)
Əli Kərimin bu günə kimi nəşr olunmayan pyesi ilk dəfə işıq üzü görəcək. Bu barədə APA-ya şairin oğlu Paşa Əlioğlu məlumat verib. Onun sözlərinə görə, “Üç dost” adlı bir pərdəli pyes müxtəlif səbəblər üzündən indiyədək çap olunmayıb. Bu günlərdə şairin arxivində araşdırma zamanı nəzəri cəlb edən bu pyesin yazılma tarixi qeyd olunmayıb. Alpinistlərin həyatından bəhs edən psixoloji dramın 60-cı illərdə yazıldığı güman edilir. Əli Kərimin “Üç dost” psixoloji dramı yaxın günlərdə işıq üzü görəcək. Qeyd edək ki, Əli Kərimin şeirləri, nəsr əsərləri ilə yanaşı, bu günə kimi yalnız iki dramı nəşr olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR