Bank Of Baku

Tiflisdə “Ədəbi Gürcüstan” toplusunun Azərbaycan dilində ilk sayı işıq üzü görüb

Tiflisdə “Ədəbi Gürcüstan” toplusunun Azərbaycan dilində ilk sayı işıq üzü görüb
# 30 iyul 2007 10:34 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gürcüstan bölməsinin “Ədəbi Gürcüstan” adlı ilk toplusu işıq üzü görüb. Tədqiqatçı Paşa Əlioğlunun APA-ya bildirdiyinə görə, toplu Tiflisin “Universal” nəşriyyatında çap olunub. Poeziya, nəsr, araşdırma, tərcümə və anım bölmələrinin yer aldığı topluya AYB-nin Gürcüstan bölməsinin sədri Rafiq Hümmət ön söz yazıb. Gürcüstanda yaşayan azərbaycanlı müəlliflərin yaradıcılığı ilə yanaşı, Akaçi Sereteli, İlya Çavçavadze, Nodar Dumbadze, Zezva Nedulaşvili və başqa tanınmış gürcü yazarlarının əsərlərindən tərcümələr də kitabda işıq üzü görüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR