Bank Of Baku

Hüseyn Abbaszadə: “İki ildir bir sətir də yazmıram”

Hüseyn Abbaszadə: “İki ildir bir sətir də yazmıram”
# 02 avqust 2007 10:55 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında xalq yazıçısı Hüseyn Abbaszadə deyib. O, iki ay öncə “Seçilmiş əsərləri”nin ikicildliyinin işıq üzü gördüyünü bildirib. Yazıçı çap olunan əsərləri ilə yanaşı, işıq üzü görməyən əlyazmalarının taleyini də gələcək nəsillərin ixtiyarına verib: “Arxivimi bütünlüklə Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verdim. Kimin ürəyi necə istəyər, elə də təhlil aparar”. Ömrü boyu dəbdəbədən uzaq yaşadığını söyləyən H. Abbaszadə yubiley tədbirinə hazırlaşmır: “85 yaşım noyabrda tamam olacaq. Heç kimdən heç nə ummuram. Bircə can sağlığı istəyirəm, vəssalam”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR