Bank Of Baku

Balaş Azəroğlu əlyazmalarının bir hissəsini Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verib

Balaş Azəroğlu əlyazmalarının bir hissəsini Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verib
# 03 avqust 2007 09:18 (UTC +04:00)
“Bir aydan çoxdur, həyətə çıxmağa belə səhhətim imkan vermir. Onsuz da xəstəyəm, bir yandan da bu istilər mənə çox pis təsir edir. Çoxdandır ki, yazı da yaza bilmirəm. Hərdən nəsə yazıram, onu da çox çətinliklə... ”. Bu sözləri APA-ya açıqlamasında xalq şairi Balaş Azəroğlu deyib. Şairin bildirdiyinə görə, sonuncu dəfə 2003-cü ildə kitabı işıq üzü görüb: “Nəşr olunmayan təkcə xatirələrim qalıb. Onu hissə-hissə “Azərbaycan” jurnalı çap eləyib, amma bütöv şəkildə hələ işıq üzü görməyib”. 85 yaşlı şair arxivinin də xeyli hissəsini, dissertasiyasının əlyazmalarını Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verib. Amma əlyazmalarının xeyli hissəsi hələ də evindədir: “Bu əlyazmaları səliqəyə salmağa səhhətim imkan vermir. Elə bir adam da yoxdur ki, gəlib maraqlansın, bu yazıları toplasın, bir yerə yığsın”. B. Azəroğlu memuarlarından ibarət “Xatirələr” kitabının işıq üzü görməsini arzuladığını da söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR