Bank Of Baku

Mövlud Süleymanlı “Erməni adındakı hərflər” adlı romanını bitirib

Mövlud Süleymanlı “Erməni adındakı hərflər” adlı romanını bitirib
# 03 avqust 2007 12:44 (UTC +04:00)
Xalq yazıçısı Mövlud Süleymanlı “Erməni adındakı hərflər” adlı romanını yekunlaşdırıb. Müəllif APA-ya açıqlamasında roman üzərində iki il işlədiyini bildirib: “”Səs” dən düz 20 il sonra yazdığım bu roman zamanın diktəsi ilə qələmə alındı. Ermənilərə nə xalq demək olur, nə millət, amma onlarla taleyimiz ayrılmazdır. Bu romanda birgə yaşayış, birgə yollar və ayrılıqlar məsələsi təsvir olunub”. Əsərində erməni tarixindən hay-küysüz, soyuqqanlı danışmağı üstün tutan yazıçı romanın bəzi yerlərini ermənicə yazıb: “”Mövlud Süleymanlı romanının bəzi yerlərini niyə ermənicə yazıb” deyilməsindən ehtiyat eləmirəm, amma bəri başdan bildirirəm ki, bəzi sözlər elə həmin dildə yazılmalıydı. Ermənilər çox böyük səhvlər, günahlar eləyiblər, bəlkə nə vaxtsa bunu başa düşdülər”. Roman “Azərbaycan” jurnalında oxuculara təqdim olunacaq. İlin sonuna kimi isə onun kitab şəklində nəşri nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR