Bank Of Baku

Orxan Pamuk Şahbaz Xuduoğluna məktub göndərib

Orxan Pamuk Şahbaz Xuduoğluna məktub göndərib
# 07 avqust 2007 11:42 (UTC +04:00)
Nobel mükafatı laureatı Orxan Pamuk Şahbaz Xuduoğluna məktub göndərib. Bu barədə APA-ya “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu məlumat verib. Orxan Pamuk məktubunda “Mənim adım Qırmızı” romanını Azərbaycanda yayımlanmasından sevindiyini deyib və Ş. Xuduoğluna təşəkkürünü bildirib. Məlumatda bildirilib ki, “Mənim adım Qırmızı” əsəri bir neçə ay əvvəl “Qanun” Nəşrlər Evinin daxili imkanları hesabına çap edilib. Romanı Azərbaycan türkcəsinə yazıçı-tərçüməçi Nəriman Əbdülrəhmanlı çevirib. 1591-ci ilin doqquz qarlı qış günündə İstanbulda baş verən bu hekayət ölüm, sənət, eşq barədə orijinal yazıçı təfəkküründən doğulmuş əsərdir. Ş. Xuduoğlu deyib ki, Nəriman Əbdülrəhmanlı tərcümə etdiyi Orxan Pamukun “Qara kitab” romanını da nəşr etdirmək fikrindədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR