Bank Of Baku

“YOM” dərgisinin VI sayı çapdan çıxıb

“YOM” dərgisinin VI sayı çapdan çıxıb
# 07 avqust 2007 12:41 (UTC +04:00)
“YOM” Türk Dünyası Mədəniyyət Dərgisinin VI sayı çapdan çıxıb. Jurnalın redaktoru Nizami Zöhrabov APA-ya deyib ki, jurnalın bu sayında professor Buludxan Xəlilov, Yusif Gədikli, Hacı Aydın Nəsirli, Nəriman Əbdülrəhmanlı, Səadət Qarabağlının və başqalarının yazıları yer alıb. N. Zöhrabov deyib ki, 14 ölkədə yayımlanan bu dərgiyə 130 xarici ölkə kitabxanası abunədir. Dərgidə Şəhriyar, Cəlaləddin Rumi, Xudu Məmmədov haqqında yazılar da dərc olunub. Bununla yanaşı, “YOM” dərgisinin kitab dizisindən sayca 11 və 12-ci kitabları işıq üzü görüb. Kitablardan biri Qan Turalının tərcüməsi əsasında Türkiyənin Azərbaycandakı ilk səfiri Şevkət Esendalın hekayələrindən ibarətdir. Digər kitab isə Yusif Gədiklinin “Şəhriyar və onun türkcə şeirləri” kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantıdır. Xalidə Xalid tərəfindən tərcümə olunan kitabın ön söz müəllifi professor Vaqif Arzumanlı, redaktoru Fəthi Gədiklidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR