Bank Of Baku

Yazıçılar Birliyi bir illik təqaüd alacaq yazıçıların siyahısını Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib

Yazıçılar Birliyi bir illik təqaüd alacaq yazıçıların siyahısını Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib
# 21 avqust 2007 11:45 (UTC +04:00)
“Bir illik təqaüdlərin verilməsi ilə bağlı prezidentin sərəncamına əsasən biz 70 nəfərdən ibarət siyahını Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişik. Bu, ilk siyahı olduğundan seçim son dərəcə diqqətlə aparılıb”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca deyib. Siyahı tərtib olunarkən ilk növbədə yaradıcılığın əsas götürüldüyünü vurğulayan F. Qoca seçim zamanı bəzi mübahisəli məqamların yarandığını da qeyd edib: “Əvvəla, bura yardım idarəsi deyil. Təqaüdlər yaradıcılıq üçün nəzərdə tutulub. Ona görə də “bu adamdan mənim xoşum gəlir, filankəslə aram yoxdur” tipli söhbətləri bir qırağa qoymuşuq. Elə adamlar seçmişik ki, prezident onun kim olduğunu soruşmasın”. Cəmiyyət tərəfindən yazıçı kimi tanınan adamların adlarının siyahıda yer aldığını vurğulayan AYB katibi seçim zamanı əsas çətinliyin yaşla əlaqədar olduğunu açıqlayıb: “Yaradıcılıq güləş deyil ki, 29-30 yaş göstəriciləri əsas götürülsün. Firdovsi 60 yaşında yazmağa başlayıb. Ona görə, biz şərti olaraq yaş kateqoriyası üzrə belə bölgü apardıq: 50 yaşa kimi olanları gənclərin, 50-dən yuxarı olanları isə yaşlıların siyahısına daxil etdik”. F. Qocanın sözlərinə görə, bu şərti yaş bölgüsünə əsasən 20 gənc və 50 yaşlı yazıçının adı siyahıda yer alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR