Bank Of Baku

Zaqatalada poeziya gecəsi keçirilib

Zaqatalada poeziya gecəsi keçirilib
# 24 avqust 2007 13:42 (UTC +04:00)
Zaqatalada bölgə yazarlarının iştirakı ilə poeziya gecəsi keçirilib. Rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Yazıçılar Birliyinin təşəbbüsü ilə keçirilən tədbirə Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qələm sahibləri qatılıb. Zaqatalaya təşrif buyurmuş yazıçı və şairlər ilk öncə rayonun tarixi abidələrinə baş çəkiblər. Daha sonra tədbir istirahət parkında poeziya dəqiqələri ilə davam etdirilib. Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin nümayəndəsi Vaqif Aslan bölgə yazarlarının ölkənin cənnət guşələrindən biri olan Zaqatalada bir araya gəlməsinin əlamətdar hadisə olduğunu söyləyərək, poeziya gecəsinin keçirilməsi üçün yaradılan şəraitə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Öz yaradıcılıqlarından ürək dolusu danışan qələm sahibləri qarşıya çıxan problemlərdən də bəhs ediblər. Poeziya gecəsinin sonunda bölgə yazarları adından Yazıçılar Birliyinin sədrinə müraciət ünvanlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR