Bank Of Baku

Zaqatalada poeziya gecəsi keçirilib

Zaqatalada poeziya gecəsi keçirilib
# 24 avqust 2007 14:19 (UTC +04:00)
Zaqatalada bölgə yazarlarının iştirakı ilə poeziya gecəsi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon İcra Hakimiyyətindən məlumat verilib. Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə keçirilən tədbirə Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qələm sahibləri qatılıb. Zaqatalaya təşrif buyurmuş yazıçı və şairlər öncə rayonun tarixi abidələrinə baş çəkiblər. Daha sonra tədbir istirahət parkında poeziya dəqiqələri ilə davam etdirilib. Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin nümayəndəsi Vaqif Aslan bölgə yazarlarının respublikanın cənnət guşələrindən biri olan Zaqatalada bir araya gəlməsinin əlamətdar bir hadisə olduğunu və poeziya gecəsinin keçirilməsi üçün yaradılan şəraitə görə rayon rəhbərliyinə minnətdarlıq ifadə edib. Öz yaradıcılıqlarından ürək dolusu danışan qələm sahibləri qarşıya çıxan problemlərdən də bəhs ediblər. Poeziya gecəsinin sonunda bölgə yazarları adında Yazıçılar Birliyinin sədri Anara müraciət ünvanlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR