Bank Of Baku

Makedoniyada 46-cı Beynəlxalq “Struqa şeir axşamları” festivalı keçirilib

Makedoniyada 46-cı Beynəlxalq “Struqa şeir axşamları” festivalı keçirilib
# 05 sentyabr 2007 08:45 (UTC +04:00)
Makedoniyanın Struqa şəhərində 46-cı Beynəlxalq “Struqa şeir axşamları” festivalı keçirilib. Bu barədə APA-ya festivalda Azərbaycanı təmsil edən şair Akif Əhmədgil məlumat verib. Onun sözlərinə görə, avqustun 22-29-da keçirilən beynəlxalq festivalda 30-dan çox ölkənin nümayəndəsi təmsil olunub. “Struqa şeir axşamları” qurumunun təşkilatçılığı ilə hər il keçirilən bu beynəlxalq festivalda ABŞ, Yaponiya, İsrail, Ukrayna, Avstriya, Böyük Britaniya kimi tanınmış ölkələrin şairləri iştirak edir. Qaydalara görə, şairlər şeirlərini ana dilində ifa edir, tərcüməçilər isə bu şeirləri makedon və ingilis dillərində iştirakçılara çatdırırlar. Dünyanın nüfuzlu festivallarından biri olan bu tədbirdə indiyədək üç Azərbaycan şairi iştirak edib. Festivalda ilk dəfə qeyri-rəsmi iştirak və çıxış edən Rəsul Rzadan sonra indiyədək Məmməd İsmayıl və Akif Əhmədgil rəsmi olaraq tədbirə dəvət olunub və Azərbaycanı təmsil edib. Festival iştirakçılarının şeirləri “Kim kimdir” adlı poeziya almanaxında çap olunub. Festivalın laureatı adını fələstinli şair Mahmud Dərviş qazanıb. Onu da qeyd edək ki, festivalda iştirak edən Azərbaycan təmsilçisi Akif Əhmədgil Orta Asiya ölkələri və Cənubi Qafqaz üzrə koordinator seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR