Bank Of Baku

Sentyabrın 25-28-də Azərbaycanda Almas İldırım günləri keçiriləcək

Sentyabrın 25-28-də Azərbaycanda Almas İldırım günləri keçiriləcək
# 05 sentyabr 2007 12:39 (UTC +04:00)
Almas İldırım 100 illiyi münasibəti ilə Azərbaycanda keçiriləcək tədbirlərin vaxtı və yeri müəyyənləşdirilib. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda qeyd edilən Almas İldırım günlərinin açılışı sentyabrın 25-də olacaq. Sentyabrın 26-da tədbir iştirakçıları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Ziyarətdən sonra qonaqlarla Mədəniyyət və Turizm Nazirliyində görüş olacaq. Həmin gün axşam Almas İldırımın Şüvəlandakı evində poeziya axşamı keçiriləcək. Sentyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Almas İldırımın yaradıcılığına həsr olunmuş ədəbi axşam və Azərbaycan Milli Elmlər Akademiyasında elmi sessiyasının keçirilməsi nəzərdə tutulub. Bu günlərdə həmçinin Yazıçılar Birliyində, Azərbaycanda Atatürk Mərkəzində və Türkiyənin Azərbaycandakı səfirliyində tədbirlər keçirilməsi planlaşdırılır. Almas İldırımın təntənəli yubiley tədbiri sentyabrın 28-də saat 18:00-da Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək. Yubiley tədbirində iştirak etmək üçün Türkiyənin 15 nəfərlik nüfuzlu nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. Nümayəndə heyətində Türkiyənin dövlət, elm və ədəbiyyat xadimləri təmsil olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR