Bank Of Baku

Mübariz Məsimoğlu AYB sıralarından xaric edilib

Mübariz Məsimoğlu AYB sıralarından xaric edilib
# 06 sentyabr 2007 14:52 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyi (AYB) katibliyinin iclası keçirilib. Bu barədə APA-ya AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu məlumat verib. İclasda Yazıçılar Birliyinin katibləri Fikrət Qoca, Çingiz Abdullayev, Arif Əmrahoğlu, Rəşad Məcid və başqaları iştirak ediblər. “Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası prezidentinin 12 mart 2007-ci il sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı məsələlər bir daha müzakirə edilib. AYB-nin yerləşdiyi binanın əsaslı təmiri ilə bağlı binanın arxitekturasının qorunması, enerji və istilik təchizatının tənzimlənməsinin vacibliyi vurğulanıb, eyni zamanda AYB üzvləri üçün Yaradıcılıq Evinin tikintisi ilə bağlı məsələlərə də toxunulub. Katibliyin iclasında təşkilati məsələlərə də baxılıb. Birliyin üzvü Mübariz Məsimoğlu AYB sıralarından xaric edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR