Bank Of Baku

AYB sədri Anar Düşənbədə Cəlaləddin Ruminin 800 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

AYB sədri Anar Düşənbədə Cəlaləddin Ruminin 800 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib
# 11 sentyabr 2007 12:26 (UTC +04:00)
Tacikistan Elmlər Akademiyasının prezidentinin dəvəti ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Düşənbədə Cəlaləddin Ruminin 800 illiyinə həsr olunmuş “Mövlana və mədəniyyətlərin dialoqu” beynəlxalq konfransında iştirak edib. Bu barədə APA-ya AYB-nin mətbuat xidmətindən məlumat verilib. Konfransın açılış mərasimində Tacikistan prezidenti Emomali Rahman, Tacikistan Elmlər Akademiyasının prezidenti Mamedşo İlolov, Rusiya Şərqşünaslıq İnstitutunun müdiri, professor R.B. Rıbakov, Anar və İran nümayəndəsi Əliəsğər Şerdust çıxış edib. Anar çıxışında Azərbaycanda da Mövlananın yubileyinin geniş qeyd olunacağını, AYB-nin Mövlana mövzusunda ən yaxşı bədii əsərlər üçün müsabiqə elan etdiyi haqqında məlumat verib. Konfransda “Mövlana fəlsəfəsi və ümumbəşəri dəyərlər”, “Mövlananın ideyaları və müasirlik”, “Sufizmdə barış və dözümlülük”, “Mövlana fəlsəfəsində sülh və dialoq” mövzusunda məruzələr dinlənilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR