Bank Of Baku

Bu həftə Azərbaycanda Almas İldırım günləri keçiriləcək

Bu həftə Azərbaycanda Almas İldırım günləri keçiriləcək
# 24 sentyabr 2007 11:11 (UTC +04:00)
Azərbaycanda sentyabrın 26-29-da görkəmli şair və ictimai xadim Almas İldırımın 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Almas İldırım günləri sentyabrın 26-da Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarətlə başlayacaq. Həmin gün nümayəndə heyəti ilə Təhsil Nazirliyində, Suraxanı və Əzizbəyov Rayon İcra hakimiyyətlərində qəbul keçiriləcək, Atəşgahın ziyarəti və A. İldırımın heykəli önündə poeziya axşamı təşkil olunacaq. Sentyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA), AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda, Azərbaycan Yazıçılar Birliyində və Türkiyənin Azərbaycandakı səfirliyində qəbul-görüşlər keçiriləcək, Mədəniyyət və İncəsənət Universitetində poeziya axşamı təşkil olunacaq. Sentyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyində qəbul keçirilməsi, Bakının tarixi yerlərinin ziyarət olunması planlaşdırılır. Almas İldırım günləri həmin gün axşam Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək “Almas İldırım-100” təntənəli yubiley tədbiri ilə yekunlaşacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR