Bank Of Baku

Tədqiqatçı Nuridə Atəşinin Məhəmməd Əsəd bəy haqqında yazdığı “Yüz ilin sirləri” monoqrafiyası artıq hazırdır

Tədqiqatçı Nuridə Atəşinin Məhəmməd Əsəd bəy haqqında yazdığı “Yüz ilin sirləri” monoqrafiyası artıq hazırdır
# 24 sentyabr 2007 14:08 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında məlumat verən N. Atəşinin sözlərinə görə, monoqrafiyada Əsəd bəy haqqında yüzlərlə əlyazma, minə qədər məktub, ədibin yaşamış olduğu ölkələrdə Gestapo, XİN, DİN rəsmi orqanlarının onun barəsində apardığı araşdırmalara aid sənədlər toplanıb. N. Atəşi monoqrafiyanı Almaniya və Avropada deyil, məhz Azərbaycanda nəşr etdirməyin gərəkliliyini qeyd edib: “Mən bu kitabı Əsəd bəyin doğma vətənində - Azərbaycanda nəşr etdirəcəyəm”. Tədqiqatçının sözlərinə görə, kitabda Əsəd bəyin “Qurban Səid” təxəllüsü ilə yazdığı “Sevgidən bixəbər kişi” romanının indiyə qədər dünyanın heç bir yerində nəşr olunmamış əlyazmasının bir hissəsi də ilk dəfə çap ediləcək. Bunun üçün tədqiqatçının xüsusi icazəsi var. Eyni zamanda o, Almaniya, İsveçrə və İtaliya arxivlərindən də sənədləri nəşr etmək üçün icazə alıb. N. Atəşi xüsusilə vurğulayıb ki, Y. V. Çəmənzəminli tərəfdarlarının təzyiqinə, onların xüsusi “tədqiqatçılar” tutaraq, sifarişlə Azərbaycan mətbuatında silsilə yazılar verməsinə baxmayaraq, kitabını artıq nəşrə hazırlayıb və kitab bu günlərdə Bakıdakı “Nurlan” Nəşriyyatında işıq üzü görəcək. Kitabın təqdimatı isə oktyabr ayına planlaşdırılır. “Berlin Um Velt Film” studiyası tərəfindən çəkilən Əsəd bəy haqqında “İn the name the Lion” çəkilən filmin çəkiliş qrupu da Bakıya gələrək, kitabın təqdimat mərasimindən və ümumilikdə Azərbaycandan çəkilişlər aparacaq.
Təqdimat mərasimində Almaniya və İtaliyadan bir çox yüksək səviyyəli qonaqların iştirakı da gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR