Bank Of Baku

Almas İldırımın yaradıcılığına dərsliklərdə daha geniş yer veriləcək

Almas İldırımın yaradıcılığına dərsliklərdə daha geniş yer veriləcək
# 26 sentyabr 2007 11:36 (UTC +04:00)
“Gələn il dərsliklərdə Azərbaycandan kənarda yaşayıb-yaradan görkəmli ədəbiyyat xadimlərimizlə bağlı bu ilə nisbətən daha çox məlumatlar yer alacaq. Azərbaycandan kənarda yaşayıb-yaradan şair Almas İldırımın yaradıcılığına da dərsliklərdə daha geniş yer veriləcək”. APA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Almas İldırımın yaradıcılığı ilə bağlı məlumatlar dərsliklərdə var, amma yetərincə deyil: “Almas İldırımın irsi dərsliklərimizdə var, amma biz istədiyimizdən azdır”. Nazirin bildirdiyinə görə, növbəti il Azərbaycan məktəbləri, müəllimlər, şagirdlər Azərbaycandan kənarda yaşayıb-yaradan şair və yazıçıların yaradıcılığı ilə daha geniş tanış ola bilmək imkanı əldə edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR