Bank Of Baku

Azər Almas: “Azərbaycan üçün hər zülmə dözməyə dəyərmiş”

Azər Almas: “Azərbaycan üçün hər zülmə dözməyə dəyərmiş”
# 26 sentyabr 2007 12:55 (UTC +04:00)
“Azərbaycanda Almas İldırımın 100 illiyinin belə təntənə ilə qeyd olunacağına heç vaxt inanmazdım. Atamın vətənsiz nələr çəkdiyini bilirəm. Mən atamın üzünün güldüyünü, danışıb-güldüyünü heç görmədim, durmadan şeir yazardı. Onu Azərbaycandan başqa heç nə maraqlandırmırdı”. Bu sözləri APA-ya açıqlamasında şair Almas İldırımın hazırda Türkiyədə yaşayan oğlu Azər Almas deyib. Bakıda doğulan, amma bələkdə ikən vətəni tərk edən Azər Almasın Azərbaycana dönüşü 57 yaşında olub: “Əslində mən Azərbaycan vətəndaşıyam, buralıyam. Biz 6 yaşımızda olanda atam bizə Türkiyənin xəritəsindən öncə Azərbaycanın xəritəsini tanıdıb. Biz də Azərbaycana çox bağlı böyüdük. 1990-cı ildə ilk dəfə gələndə buranı çoxdan tanıyırmış kimi seyr etdim”. Azər Almas bir sirrini də açıqlayıb: “Almaniyada mədən mühəndisliyi ixtisası üzrə təhsil almışam. Amma mənim də şeirlərim var. Bir müddət lap çox yazırdım”. Bu şeirləri çap etdirmək fikrində olmadığını bildirən Azər Almas bu şeirləri atasına, Azərbaycana və Xəzərə həsr edib. Atasının vətənsiz çox cəfalar çəkdiyini deyən Azər Almas bildirib ki, Azərbaycan üçün hər zülmə dözməyə dəyərmiş və indi o, atasını daha yaxşı başa düşür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR