Bank Of Baku

Yazıçılar Birliyində “Almas İldırım günləri”ndə iştirak etmək üçün Bakıya gələn nümayəndə heyəti ilə görüş keçirilib

Yazıçılar Birliyində “Almas İldırım günləri”ndə iştirak etmək üçün Bakıya gələn nümayəndə heyəti ilə görüş keçirilib
# 27 sentyabr 2007 14:41 (UTC +04:00)
Yazıçılar Birliyində Azərbaycanda keçirilən “Almas İldırım günləri”ndə iştirak etmək məqsədilə Türkiyədən gələn nümayəndə heyəti ilə görüş olub. APA-nın xəbərinə görə, qonaqları AYB sədri, xalq yazıçısı Anar, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı və AYB katibi Rəşad Məcid qarşılayıb. Azərbaycanın şair və yazıçılarını öz ətrafında birləşdirən bu qurumun 1964-cü ildə yaradıldığını bildirən Anar Azər Almasa atasının 1930-cu ildə çap olunan kitabını hədiyyə eləyib: “Latınca çap olunan bu kitab 70 ildir ki, atamın arxivində qorunur. İndi bu kitabı sizin arxivə hədiyyə edirəm”. Sabir Rüstəmxanlı, Vaqif Bəhmənli, Elazığ valisi Müəmmər Muşmal çıxış edərək, türk dövlətlərinin birlik məsələsinin təkcə dövlət deyil, həm də ziyalıların işi olduğunu bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR