Bank Of Baku

Hüseyn Avni Karslıoğlu: “Almas İldırımın nə qədər önəmli bir ziyalı, yazar olduğunu öyrəndim”

Hüseyn Avni Karslıoğlu: “Almas İldırımın nə qədər önəmli bir ziyalı, yazar olduğunu öyrəndim”
# 28 sentyabr 2007 13:09 (UTC +04:00)
“Daha öncə Almas İldırım adlı bir şairi tanımırdım. Almas İldırımın xatirəsinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Elazığdan Azərbaycana nümayəndə heyətinin gələcəyini eşidib bir araşdırma apardım və onun nə qədər önəmli bir ziyalı, yazar olduğunu öyrəndim”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu jurnalistlərə açıqlamasında deyib. İki ölkə arasında bundan sonra da ədəbi-mədəni əlaqələrin ardıcıl olaraq davam etdiriləcəyini vurğulayan elçi Azərbaycan və Türkiyənin elm-mədəniyyət xadimlərinin iştirakı ilə yaxın günlərdə növbəti böyük bir tədbir keçiriləcəyini bildirib: “Oktyabrın ilk günlərində böyük türk mütəfəkkiri Mövlanə Cəlaləddin Ruminin 800 illik yubileyinə həsr olunmuş tədbirlər keçiriləcək. Türkiyənin Konya şəhərinin Səlcuq Universitetinin Mövlanə Araşdırma və Uyğulama Mərkəzinin Səma Qrupu Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR