Bank Of Baku

www.AzYazar.com internet saytının təqdimat mərasimi keçirilib

www.AzYazar.com internet saytının təqdimat mərasimi keçirilib
# 28 sentyabr 2007 14:03 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda www.AzYazar.com internet saytının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlu saytın Xəzər Universitetinin tələbəsi Əli Əlioğlunun şəxsi təşəbbüsü ilə hazırlandığını deyib. O bildirib ki, saytda yer alan materiallar ancaq Azərbaycan dilindədir: “Saytda 15 Azərbaycan yazarı daimi, 10 yazar isə müvəqqəti yer alıb. Qaydalara görə, yeni yazarlar dərc olunduqca, köhnə yazarlar saytdan çıxarılır. Saytda 8 sayda müxtəlif bölmə fəaliyyət göstərir. 15 yazar üçün isə xüsusi şəxsi səhifə açılıb. Ən son standartlara uyğun forum fəaliyyət göstərir”. S. Babullaoğlu onu da deyib ki, portalda ayrıca bir sayt şəklində “Dünya ədəbiyyatı” dərgisinin elektron variantının yerləşdirilməsi nəzərdə tutulub. Eyni zamanda saytda ayrıca olaraq müsahibələr, xəbərlər, klassikalar, istedadlar, fəlsəfə, tərcümələr, müsabiqə, tənqid, əlaqə bölmələri fəaliyyət göstərir. Ə. Əlioğlu deyib ki, klassiklər bölməsində Nizami Gəncəvi, Məhəmməd Füzuli, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, İmadəddin Nəsimi, Üzeyir Hacıbəyov, yenilər bölməsində Anar, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Səlim Babullaoğlu, Ədalət Əsgəroğlu, Qulu Ağsəs, Rasim Qaraca, Elçin Hüseynbəyli, Qəşəm Nəcəfzadə, folklor bölməsində isə Dədə Qorqud dastanı haqqında materiallar yer alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR