Bank Of Baku

Azərbaycanda Mövlanə Cəlaləddin Ruminin 800 illik yubileyi münasibəti ilə konsert və beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda Mövlanə Cəlaləddin Ruminin 800 illik yubileyi münasibəti ilə konsert və beynəlxalq konfrans keçiriləcək
# 28 sentyabr 2007 15:18 (UTC +04:00)
Mövlanə Cəlaləddin Ruminin 800 illik yubileyi münasibəti ilə Bakıda konsert və beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Konya şəhərinin Səlcuq Universiteti və Bakı Dövlət Universiteti 3-4 oktyabrda “Mövlanə ili” ilə bağlı bir sıra tədbirlər keçirməyi planlaşdırır. Oktyabrın 3-də Səma Qrupu M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Hüzzam Mevlevi Ayini”ni tamaşaçılara təqdim edəcək. Oktyabrın 2-3-də “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Eləcə də oktyabrın 4-də Bakı Dövlət Universitetində “Mövlanəni günümüzdə yaşamaq, yaşatmaq” mövzusunda beynəlxalq elmi simpoziumun keçirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR